Teleqraf.com-un məlumatına görə, bunu Fransa prezidentliyinə sağ mərkəzçi Respublika Partiyasının namizədi, ölkənin sabiq baş naziri Fransua Fiyon “Fiqaro” qəzetinə müsahibəsində bildirib.
“İnadkarlıq etmək və Rusiyanın mütləq Krımdan çıxmalı olduğu söyləmək əbəsdir. Bu, heç vaxt baş verməyəcək”, - deyən F.Fiyonun sözlərinə görə, Krım məsələsinə yanaşmada iki fundamental və bir-birinə zidd prinsipi – xalqların öz müqəddəratını təyinetmə və ərazi bütövlüyü prinsiplərini mütləq qəbul etmək lazımdır.
Fransa prezidentliyinə namizəd onu da bildirib ki, Krımın tarixi, mədəni və linqvistik nöqteyi-nəzərdən Rusiyaya məxsus olduğunu heç kim inkar edə bilməz.
F.Fiyonun fikrincə, Krım məsələsi BMT-nin himayəsi altında xüsusi beynəlxalq konfrans keçirməklə nizamlana bilər.
Səxavət