Etirazçıların sözlərinə görə, artıq üç gündür ki, vergi orqanları onların yarmarkalarında yoxlamalar həyata keçirir, sənədlər tələb edir, müxtəlif üsullarla onları sıxışdırır.
Aksiya zamanı "Bizi sakit buraxın"- deyə şüarlar səsləndirilib.
Etirazçılarla hökümət aparatının məktubların qəbulu və çatdırılma departamentinin rəisi Aleksandr Qazayan görüşüb və onlara 10 nəfərlik qrup halında baş nazirin yanına qalxmağı təklif edib.
Təklifi rədd edən etirazçılar tələb ediblər ki, baş nazir aşağı düşməli, onların problemlərini dinləməlidir. (azvision.az)