Teleqraf.com xəbər verir ki, "Anadolu" agentliyinə danışan Türkiyə təhlükəsizlik xidmətində çalışan mənbə bildirib ki, PKK İraq və Suriyanın şimalında SDG adı altında 30-dan çox düşərgə qura bilib.
ABŞ rəhbərliyi isə PKK-nın Suriyada möhkəmlənməsini təmin etmək üçün duruma göz yumur, hətta SDG kodundan istifadə edir. PKK Suriyadakı fəaliyyətini öncə PYD, daha sonra YPG adı altında qurub. 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsindən sonra PKK-ABŞ əməkdaşlığı daha da dərinləşib. 2015-ci ilin oktyabrından isə PKK Suriyada əldə etdiyi gücü itirməmək üçün özünə SDG adını götürüb və beynəlxalq güclərlə danışıqlarda bu addan istifadə edib.
Hətta PKK silahlılara SDG-nın nişan və formalarını da paylayıb. ABŞ isə bu ad dəyişimindən sonra terrorçulara dəstəyini artırıb.
Türkiyənin təhlükəsizlik xidməti hesab edir ki, əslində SDG PKK-nın bir növ kod adıdır və məqsəd isə Türkiyənin diqqətini bu məsələdən yayındırmaqdır.
Məsələn, türk ordusu Suriyanın şimali-şərqində hava hücumu zamanı PKK-ya aid Karaçok bazasına zərbələr endirib. Bunun ardınca əraziyə gələn amerikalı komandirin "Reuters" agentliyi tərəfindən yayılan fotoları diqqət çəkib. Amerikalı komandiri dağıntılarla tanış edən şəxslərdən biri Şahin Cilo adlı PKK-nın məşhur üzvü olub.
1990-cı ildən PKK-nın fəallarından olan Cilo 1997-2003-cü illərdə Avropada, 2003-2004-cü illərdə İraqda peyda olub. Cilo eyni zamanda 2005-ci ildə PKK-nın rəhbər şəxslərindən biri olub.
Cavad