Teleqraf.com xəbər verir ki, bu sözləri İranın Ali dini lideri Ayətullah Xamenei Tehranda təşkil olunan 34-cü beynəlxalq Quran qiraəti müsabiqəsinin qalibləri ilə görüşdə deyib.
Xameneinin sözlərinə görə, islam ümmətinin bugünkü problemi Qərbin müdaxiləsi hesabına yaranıb:
"Xalq namaz qılıb oruc tutur, lakin düşmən bütövlükdə islamın mahiyyətini anlamayanların inancları, mədəniyyətləri, iqtisadiyyatları, siyasətləri və ictimai əlaqələrinə müdaxilə edir, müsəlmanlar arasında nifaq salıb nifrət toxumu səpir. İslam ölkələri bu gün Qurandan uzaq düşdüyünə görə ABŞ və sionistlər qarşısında belə vəziyyətdə qalıblar. Quran və islamın mahiyyətinə yaxınlaşsaq, bu problemlərin hamısı çözülər".
Nərgiz