1 May 2017 16:27
1 649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana İslam Universitetinin fəxri doktoru olub.

Teleqraf.com "Sabah" qəzetinə istinadla xəbər verir ki, təltifetmə mərasimində Ərdoğan çıxış edib. O, iki ölkə arasındakı münasibətlərdən, İŞİD terrorçuları ilə mübarizədən, BMT-nin Türkiyəyə qarşı yeritdiyi siyasətdən danışıb:

"Hazırda dünyanın taleyi 5 ölkənin əlindədir. Bu ölkələrdən biri hansısa qərara "yox" desə, bir nəticə hasil olmayacaq. Buna necə razı ola bilərik? Hazırda BMT Təhlükəsizlik Şurasından istənilən nədir? Ədalət. Bəs BMT TŞ-də ədalət var? Yoxdur. Ərdoğan bu sözləri deyəndə sərt olur, sevilmir. Biz özümüzü kimlərə sevdirəcəyik? Bizi məzlumlar sevirsə, bu bəsimizdir".

Samir


Müəllif:

Oxşar xəbərlər