Teleqraf.com xəbər verir ki, hadisə Tereza Meyin erkən seçkilərə görə seçki bükletlərini paylamaq məqsədilə bölgələrə səfəri zamanı baş verib. Belə ki, bu zaman xanım baş nazir ziyarət etmək istədiyi hər evin qapısı qarşısında qalmalı olub və onun üzünə qapılar açılmayıb.
Şotlandiyanın Aberdenşire şəhərindəki evlərin qapısını döyən baş nazir seçki bukleti almaq istəməyən bir şəhər sakininə deyib ki, bülleteni almaq istəmirsinizsə, çox yaxşı, sizi narahat etmərik.
Baş nazir altıncı evin qapısını döyəndən sonra qapı açılmadığı üçün seçki bukletlərini yanındakı şəxslərə verərək oradan uzaqlaşmaq qərarına gəlib.
Cavad