1 May 2017 19:05
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın sabiq baş naziri, dünya siyasətinin məşhur adlarından olan Toni Bler siyasətə qayıdır.

Teleqraf.com xəbər verir ki, Bler bu haqda İngiltərənin “Mirror” qəzetinə müsahibəsində deyib.

Breksitlə əlaqədar yekun razılaşmanın detallarının nədən ibarət olduğunu bilmədiyini vurğulayan Bler qeyd edib ki, onlar sadəcə olaraq ortaq ingilis ağlını müdafiə edir:

“Mühafizəkarların ilk atacağı addımları gözləyək. Çünki Mühafizəkar Partiyası nəyin bahasına olursa-olsun Breksiti həyata keçirməyə qərarlıdır”.

Sabiq baş nazir siyasətə qayıtmasının səbəbinin təkcə Breksitlə bağlı olmadığını da ifadə edib:

“Hazırda dəyişən bir dünyada yaşayırıq. Mədəni gərginlik var, miqrant mövzusu, cəmiyyətin dəyişmə tendensiyası və iqtisadi gərginliklər məsələsində narahatlıq duyulur”.

Cavad


Müəllif:

Oxşar xəbərlər