9 May 2017 22:39
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyada növbədənkənar prezident seçkisi keçirilib.

Teleqraf.com xəbər verir ki, bütün ölkə üzrə 13 min 964 seçki məntəqəsi bağlı elan olunub. Bu seçki məntəqələrində 42 milyon 479 min 710 seçici qeydiyyatda olub. Səsvermə saat 20:00-da (Bakı vaxtı ilə 14:00) başa çatıb. İlkin məlumata görə, səsvermədə seçicilərin 70 faizi iştirak edib.

Seçkidən öncə keçirilən sorğularda prezidentliyə real namizədlərin Demokrat Partiyasının namizədi Mun Çje İn, mərkəzçi “Xalq Partiyası”nın namizədi An Çxol Su və mühafizəkarların namizədi Xon Çjun Pxye olduğu bildirilib.

Cənubi Koreya Prezidenti Pak Kın Xe iki ay öncə vəzifəsindən kənarlaşdırılıb. İri korrupsiya qalmaqalında iştirakı məlum olduqdan sonra ona impiçment elan olunub. Daha sonra Pak Kın Xe həbs olunub və ona bir neçə maddə üzrə ittiham irəli sürülüb. Sabiq prezident rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilir.

Yeni prezident Mərkəzi Seçki Komissiyasının onun qalib gəlməsini təsdiqlədikdən dərhal sonra – mayın 10-da vəzifəsinin icrasına başlayacaq.

Səxavət


Müəllif:

Oxşar xəbərlər