Teleqraf.com xəbər verir ki, Yutub paylaşım şəbəkəsində yerləşdirilmiş bir videoda təsadüflərdən danışılır.
“Titan” və “Titanik”
“Titanik” gəmisinin batmasını əksəriyyət dəniz faciəsi kimi qəbul edir. Faciənin arxasında isə inanılmaz detallar var.
Nyu-Yorkda yaşayan yazar Morqan Robertson özünün yazdığı əsərində eynilə “Titanik”də baş verənləri canlandırılıb. “Titan” adlı gəminin batmasından bəhs edən əsərdə gəmi buz dağına çırpılaraq batır. Gəmidəki hadisələr, ölən insanların sayı və digər önəmli detallar kitabda dəqiq olunub. Qəribəsi budur ki, bu əsər “Titanik”in batmasından 14 il əvvəl yazılıb.
Belə bir sual ortaya çıxır ki, “Titanik”in batması həqiqətən təsadüfdür?
1838-ci ildə məşhur yazar Edqor Elen Po “Artur Qordon Pimin hekayəsi” adlı roman yazıb. Roman bir gəmi qəzasının sonunda həyatda qalan 4 insandan bəhs edir. Sağ qalanlar aclıq çəkəndə yoldaşlarından birini öldürüb, yeməyi təklif edərlər. Seçim üçün püşk atırlar və Riskord Parkır adlı kişi seçilirək yeyilir.
Kitab nəşr olunandan sonra 1884-cü ildə Mijnnet adında bir gəmi batır. Gəmidən xilas olan 4 insan açıq dənizdə irəliləyər. Aclıqdan ölə biləcək insanlar əsərdəki kimi bir nəfəri yəni Riçord Parkoru yeyirlər.
Videonu təqdim edirik.
Şəfiqə Nazimqızı