13 May 2017 18:59
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş futbolçu Devid Bekhemin rol aldığı “Kral Artur: Qılınc haqqında əfsanə” ("King Arthur: Legend of the Sword") filminin Avropa qalası Londonda gerçəkləşib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, 41 yaşlı Bekhem filmin qalasına 18 yaşlı oğlu Bruklinlə bərabər qatılıb.

Bekhemin filmdə sərgilədiyi aktyorluq bacarığı ingilis mətbuatı tərəfindən kəskin tənqid edilib.

“Empri” dərgisi Bekhemin filmdəki oyunu barədə “Səhv yönləndirilib”, "Deyli Teleqraf" qəzeti isə “Bekhem filmin ən önəmli səhnəsini öz oyunu ilə sabotaj etdi” deyə vurğulayıb.

Filmin rejissoru Qay Ritçi isə “Bekhemin çox istedadlı olduğu düşüncəsindəyəm” deyib.

Filmdə eyni zamanda Cud Lou, Jimon Honsou, model Poppi Deleveync və başqaları çəkilib.

Pərvin


Müəllif:

Oxşar xəbərlər