Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, ssenarist-yazar Sırrı Sürəyya Öndər siyasəti kinoya dəyişəcəyini bildirib:
"Bəli, aktiv siyasətdə son dönəmdəyəm. Siyasəti kino ilə davam etdirəcəm. Hazırda üç ssenarim var".
1962-ci il təvəllüdlü Sırrı Süreyya Öndər 2011-2013-cü illərdə Barış və Demokratiya Partiyasının, bu təşkilat 2013-cü ildə Xalqların Demokratik Partiyasına (HDP) birləşəndən sonra isə sonuncunun üzvü olub.