Türkiyə Prezidenti Rəcəb Teyyub Ərdoğanla Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı arasında FETÖ mövzusunda müzakirələr müxalifət partiyalarını üz-üzə gətirib.
Teleqraf.com xəbər verir ki, Cümhuriyyət Xalq Partiyası sözügedən müzakirələrə reaksiya verib. CHP-nin funksioneri Özgür Özəlin məsələyə münasibət bildirməsi və MHP-ni bu mövzuda hakimiyyətlə işbirliyində suçlaması MHP ilə CHP-ni üz-üzə qoyub.
MHP başqanının müavini Semih Yalçın öz növbəsində bildirib ki, FETÖ-nun artıq CHP-nin ətrafında dolaşdığı aydın olmaqdadır.