28 May 2017 13:03
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya Pxenyan tərəfindən son iki həftə ərzində ballistik raketlərin buraxılışı ilə bağlı KXDR-ə qarşı öz sanksiyalar paketini hazırlayır.

Yaponiya Pxenyan tərəfindən son iki həftə ərzində ballistik raketlərin buraxılışı ilə bağlı KXDR-ə qarşı öz sanksiyalar paketini hazırlayır.

Teleqraf.com-un məlumatına görə, bu barədə "NHK" yapon teleşirkəti xəbər verib.

Xəbərdə bildirilir ki, Yaponiya BMT Təhlükəsizlik Şurası tərəfindən yeni sanksiyaların qəbul olunmasına təsir etmək istəyir, lakin bunun üçün Rusiya və Çinin dəstəyini qazanmağa ümid edir. Rəsmi Tokio ABŞ-dan fərqli olaraq bu iki ölkə ilə dialoqu prioritet hesab edir.

Artıq Yaponiya KXDR-ə qarşı özünün sanksiyalar paketinin müzakirəsinə də başlayıb. Pxenyana qarşı sanksiyalarına əsasən iki dövlət arasında bərə daşımaları, habelə KXDR gəmilərinin Yaponiya limanlarına girişi, eləcə də bütün növ idxal və ixrac qadağan olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər