Teleqraf.com Anadolu Agentliyinə istinadla bildirir ki, hadisə Belçikanın Neerpelt şəhərində baş verib. Əli Fakıroğlu gecə saatlarında işdən çıxaraq evinə getmək istəyib.
Amma bir qrup irqçi və radikal millətçi yolunu kəsərək, onu döyüblər. Üzərində irqçi simvollar daşıyan qrup Əli Fakiroğluna “Prezident Ərdoğanı sevirsənmi” sualı ediblər. Bundan sonra isə cavab gözləmədən dönərçini ölümcül döyüblər.
Təcili xəstəxanaya aparılan Əli Fakıroğlunun baş nahiyəsinə çoxlu sayda tikiş qoyulub.
Cavad