Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, adı açıqlanmayan terrorçunun PKK-nın güc nümayişi məsələləri üzrə rəhbər şəxsi olub.
Qeyd edək ki, Ovacıq mahalında türk ordusu ərazi axtarışları əməliyyatı həyata keçirib. Bu zaman bir qrup terroristin yeri müəyyən edilib. Atışmada bir terrorçu öldürülüb. Türk hüquq-mühafizə orqanları terrorçunun DNT analizlərini təhlil edərək onun şəxsiyyətini müəyyən etməyə çalışıblar. Bu zaman bəlli olub ki, öldürülən terrorçu PKK-nın güc nümayişi üzrə əsas isimlərindən olan Ruhat Diyar kod adlı şəxsdir.
Müəyyən edilib ki, “Ruhat Diyar” 2003-cü ildən PKK-ya qoşulub və əslən suriyalıdır.