3 İyun 2017 14:01
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə naziri Ceyms Mettis Cənubi Çin dənizində süni adaların hərbiləşdirilməsinə qarşı çıxıb.

Teleqraf.com Ria Novosti agentliyinə istinadla xəbər verir ki, Pentaqon rəhbəri Çin ilə mümkün qarşıdurmanı istisna etməyib.

Bundan başqa, Mettis bəyan edib ki, ABŞ Hərbi Hava Qüvvələri Cənubi Çin dənizi akvatoriyasına nəzarəti davam etdirəcək.

Qeyd edək ki, Çin hökuməti Cənubi Çin dənizində süni adaların hərbiləşdirilməsində qərarlı olduğunu bildirmişdi.


Müəllif: Samir