Teleqraf.com-un məlumatına görə, səfər türkiyənin Afrində keçirəcəyi əməliyyat öncəsi dövrə təsadüf edir.
Makqurk Ankarada Xarici İşlər, Müdafiə nazirlikləri və Türkiyə Silahlı Qüvvələri Komandanlığında bir sıra görüşlər keçirib.
Makqurkun təcili səfəri “ABŞ-ın Türkiyənin başını qatması” kimi dəyərləndirilib. ABŞ-lı diplomatın PYD-yə verilmiş silah və Rəqqa əməliyyatı barədə bilgi çatdırdlığı bildirilir. Görüşlərdə Afrin də müzakirə edilib.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri iki gün öncə Afrindəki PYD qüvvələrinə məxsus nöqtələri bombalamışdı.
Türkiyə tərəfi ABŞ diplomatına bundan sonra da terrorçulara qarşı fəal mübarizəni davam etdirəcəyini bildirib.