7 İyul 2017 00:05
1 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın kurort şəhəri Akapulkodakı həbsxanada məhbuslar arasında baş vermiş toqquşma zamanı azı 5 nəfər həlak olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Herrero ştatının təhllükəsizliyin əlaqələndirilməsi qrupunun nümayəndəsi Roberto Alvares Erediya məlumat yayıb.

İlkin məlumatlara görə, öldürülənlərin başları kəsilib. Münaqişənin səbəbləri hələlik məlum deyil.
Hazırda həbsxanada vəziyyət yenidən təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır. Hadisə yerində qətlin təfərrüatlarını müəyyən edən ekspertlər işləyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər