10 İyul 2017 12:12
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyi ölkənin NATO yanında təmsilçiliyini məhdudlaşdırmaq imkanlarını nəzərdən keçirir.

Teleqraf.com xəbər verir ki, bu, Şimali Atlantika alyansının Moskva ilə konstruktiv dialoq əhval-ruhiyyəsində olmaması, istənilən söhbətin Rusiya tərəfinin ünvanına ittihamlara çevrilməsi ilə bağlıdır.

“Aleksandr Qruşko (Rusiyanın NATO-dakı hal-hazırkı nümayəndəsi) Moskvaya qayıtdıqdan sonra Brüsseldə müvəqqəti işlər vəkili saxlanılması variantına baxılır”, - deyə Rusiya XİN-in yüksək çinli məmuru “İzvestiya” qəzetinə bildirib.

Bununla belə Moskva məsələnin bu cür həllinə tələsmir və iyulun 13-də baş tutacaq görüş zamanı NATO ilə konstruktiv diskussiya aparılacağına ümid edir.


Müəllif: Səxavət

Oxşar xəbərlər