Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Qətər Milli Bankının rəhbəri Şeyx Abdulla ibn Səud əl-Tani açıqlama verib.
Onun sözlərinə görə, Qətər Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ölkələrin sanksiyalarına tam hazırdır və ölkəsinin 340 milyard dollar ehtiyatı var.
Əl-Tani ötən ay Qətərə qoyulan sərmayənin 6 milyard dollar azaldığını qeyd edib.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, BƏƏ, Misir, Liviya, Yəmən, Maldiv, Mavritaniya, Cibuti, Seneqal və Kamar adaları terrorçuluğa dəstək verdiyi ittihamı ilə Qətərlə diplomatik əlaqələri kəsib.