12 İyul 2017 08:17
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Siemens” konserni onun istehsal etdiyi qaz turbinlərinin Krıma çatdırılması ilə bağlı Moskva Arbitraj Məhkəməsində iddia qaldırıb.

Teleqraf.com xəbər verir ki, “Siemens”in qaldırdığı iş üzrə cavabdeh qismində Rusiyanın “Texnopromeksport” Açıq Səhmdar Cəmiyyəti, “Texnopromeksport” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Siemens texnologiya qaz turbinləri” Məhdud Məsuliyyətli Cəmiyyəti çıxış edəcək.

“İddia qaldırılıb. Biz əvvəl bəyanatda qeyd etdiyimiz kimi iddia bu işə cavabdeh olanların məsuliyyətini müəyyənləşdirəcək. Xüsusilə iş “Texnopromeksport”a qarşı qaldırılıb”, - deyə alman konserninin mətbuat xidmətinin nümayəndəsi Volfram Trost bildirib.

Qeyd edək ki, Avropa İttifaqının sanksiyalarına baxmayaraq, Krıma elektrostansiyalar üçün “Siemens”in istehsalı olan turbinlərin çatdırılması qalmaqala səbəb olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər