İqtisadiyyat Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev ölkələr arasında tarixi və mədəni yaxınlığı qeyd edib, siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla inkişaf etdiyini bildirib, Azərbaycan-Tacikistan əməkdaşlığının genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, Azərbaycan və Tacikistan arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 45 sənəd imzalanıb. Bu gün 4-cü iclası keçirilən Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti ölkələr arasında ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsində önəmli rol oynayır. Son illər iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsi müşahidə edilir. 2016-ci ildə Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi 91% artıb.
Protokolda Dağlıq Qarabağ regionu daxil olmaqla, Azərbaycanın işğal olunmuş ərazilərində istehsal edilmiş hər hansı məhsulun Tacikistanın ərazisinə idxalına/ixracına, satışına və realizə edilməsinə, eləcə də bu ərazilərdə tacik şirkətlərinin hər hansı iqtisadi fəaliyyətdə iştirakına yol verilməyəcəyinə dair əldə edilmiş razılıq xüsusi qeyd olunub.