Teleqraf.com Anadolu Agentliyinə istinadla xəbər verir ki, Dəməşqin şərqi Guta bölgəsindəki Mülkü Müdafiə Mərkəzinin səlahiyyətlisi Məhəmməd Ethem agentliyin müxbirinə deyib ki, rejimə aid qırıcılar müxalifətin nəzarətində olan Zemelka və Hezen ərazilərini bombalayıb. Hava hücumu zamanı Zemelkada 3 uşaq, Hezendə isə biri uşaq olmaqla beş nəfərin ölümünə səbəb olub. Eyni zamanda çoxlu sayda insan yaralanıb.
Həmçinin müxalifətin idarəçiliyi altında olan İdlib vilayətində olan mülkü müdafiə mənsubu Əli El Meri deyib ki, El-Mecd Xəstəxanası yaxınlığında bomba partladılıb, nəticədə iki qadın və 3 körpə uşaq yaralanıb.