21 İyul 2017 19:12
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın paytaxtı Mexikoda xüsusi xidmət orqanları ilə narkotik satıcıları arasında baş verən silahlı qarşıdurma zamanı 8 nəfər ölüb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, dənizçilərin küçələrdə narkotik satan şəxslərlə əlaqədar istintaq aparan federal səlahiyyətlilərə dəstək olduğu zaman qarşıdurma yaranıb.

Qarşıdurma zamanı aralarında narkotik şəbəkəsinin lideri olan Felip Cesusun da olduğu 8 nəfər öldürülüb.
Xəbərdə qeyd edilir ki, Meksikanın Tlahuac və İztapalapa bölgələrində narkotik şəbəkəsinin eyni zamanda insan oğurluğu və qətl cinayətlərinə qarışdığı da müəyyən edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər