23 İyul 2017 20:55
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 23-də İndoneziyanın Sulavesi adası yaxınlığında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin seysmoloji xidməti məlumat yayıb.

Yerli vaxtla saat 7:55 dəqiqədə qeydə alınan yeraltı təkanların episentri Tinaboqan yaşayış məntəqəsindən 65 kilometr cənubda, ocağı 55,8 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər