27 İyul 2017 01:32
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp üç aylıq maaşından imtina edib. .

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, prezident ikinci rüb üçün 100 min dollar məbləğində maaşını Təhsil Nazirliyinin hesabına köçürüb.

Qeyd edək ki, D.Tramp birinci rüb üzrə məvacibini Milli Park Xidmətinin hesabına köçürmüşdü. Həmin vəsait ABŞ-da 1861-1865-ci illərdə vətəndaş müharibəsinə aid abidənin bərpasına sərf edilib.

Tramp mətbuata açıqlamasında prezidentlik maaşına ehtiyacının olmadığını bildirmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər