28 İyul 2017 15:41
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərqi Qüdsdə İsrail ilə Fələstin arasında gərginlik daha da artıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, fələstinlilər İsrailin yaşı 50-dən az olan şəxslərin Əl-Əqsa məscidinə girişini qadağan etməsinə məhəl qoymayıblar.

Bundan sonra İsrail polisi məscid ətrafına toplaşan və göstərilən qadağaya əməl etməyən şəxslərin cümə namazını qılmasına icazə verməyib.

Baş verən toqquşmalar zamanı İsrail polisi fələstinlilərə atəş açıb.


Müəllif: Samir