31 İyul 2017 10:14
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Vladimir Putin ABŞ-ın Rusiyadakı diplomatik missiyasının sayını 755 nəfər azaldacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Putin bunu “Vesti.ru” saytına müsahibəsində deyib.

O bildirib ki, bununla da Rusiyada olan amerikalı diplomatların sayı ABŞ-da olan rus diplomatların sayına bərabər, yəni 455 olacaq.

ABŞ-ın Rusiyada 1000-dən artıq diplomatik missiyasının olduğunu qeyd edən Putin Vaşinqtonla əlaqələrin yaxşılacağına ümid elədiyini, ancaq yaxın gələcəkdə bunun mümkünsüzlüyünü, qəbul edilən qərardan sonra Rusiyadakı vəzifəsi sona çatacaq amerikalı diplomatik missiya sayının xeyli çox olduğunu bildirib.

Rusiya ilə ABŞ arasındakı ticarət həcminin Çin, yaxud Avropa İttifaqı ilə müqayisədə də xeyli aşağı səviyyədə olduğunu vurğulayan Putin qeyd edib ki, iqtisadi əlaqələrlə bağlı bir sıra tədbirlərin görülüb-görülməyəcəyinə dair dəyərləndirmələr davam edir: "Ancaq böyük potensiala baxmayaraq, iki ölkə arasındakı ticarət həcmi də xeyli aşağı səviyyədədir".

Putin Suriyadakı əməkdaşlıq və kütləvi qırğın silahlarının istifadəsinə dair atılan addımlara toxunaraq deyib ki, bu addımlar iki ölkə arasındakı əməkdaşlığın önəmli ünsürləridir:

"Suriyada gərginliyin azaldılması üçün müəyyən bölgələr yaradılmasına dair razılaşma da birgə fəaliyyətin konkret nəticəsidir".

Qeyd edək ki, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi ilə bağlı qərarı Moskvanın kəskin narazılığına səbəb olmuşdu.


Müəllif: Samir

Oxşar xəbərlər