31 İyul 2017 10:46
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Los Ancelos şəhərində minik avtomobili avtobus dayanacağında gözləyən insanları əzib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı azı 8 nəfər xəsarət alıb və xəstəxanalara yerləşdirilib.

Hadisə ilə bağlı Los Ancelos polisinin nümayəndəsi Rosario Errera açıqlama verib. Onun sözlərinəg görə, yerli vaxtla saat 15:47-də Mid Uilşir şəhərciyində baş verən qəza bədbəxt hadisədir.

Polis əlavə edib ki, qəzanı törədən sürücü təcili yardıma zəng vurub və bölməyə gələrək, günahını etiraf edib.


Müəllif: Samir