3 Avqust 2017 00:05
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Donald Tramp bu qanunu imzalamaqla Rusiyaya qarşı genişmiqyaslı iqtisadi müharibəyə start verdi. Artıq ABŞ-la münasibətlərin düzəlmə ehtimalı qalmayıb".

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın baş naziri Dimitriy Medvedev "feysbuk" səhifəsində Trampın Rusiyaya qarşı imzaladığı qanunu şərh edərkən bildirib.

Onun sözlərinə görə, Tramp administrasiyasi böyük acizlik göstərərək bütün gücünü konqresə verib: "Rusiya bu sanksiyalara qarşı mübarizə aparacaq və istəyinə nail olacaq".

Qeyd edək ki, Donald Tramp ABŞ konqresinin İran, Şimali Koreya və Rusiyaya qarşı hazırladığı qanunu bu gün təsdiqləyib. Qanunda Trampın Rusiyaya qarşı sanksiyaları aradan qaldırmaq hüququ əlindən alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər