Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan Malatya Bələdiyyəsi binasının önündə təşkil edilən mitinqdə çıxışı zamanı deyib.
Suriyada baş verənlərə toxunan prezident bildirib ki, Suriyadakı məsələ bir terror təşkilatı ilə mübarizənin sərhədindən kənara çıxır:
“Suriyada məhv edilən terrorçuların sayından 50 dəfə çox vətəndaş ölümü yaşanmasının səbəbini kimsə izah edə bilməz. İnsanlığın ortaq işi bu qırğına dur deməkdir. Biz üzərimizə düşəni edirik. Özgürlüyüzə qarşı yönəlmiş ssenariləri pozmağın əvəzini öz torpaqlarımızla ödəməkdənsə Suriya və İraqda ödəməyi üstünlük hesab edirik”.