14 Avqust 2017 13:04
1 956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı senator Aleksey Puşkov ABŞ-ın bir sıra ölkələrə qarşı sanksiyalar tətbiq etmək qərarını şərh edib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, Puşkov bu qərarı “ABŞ-ın əsəb gərginliyinin son həddində olması” kimi dəyərləndirib.

O əlavə edib ki, ABŞ-ın yeni sanksiyaları İranın raket proqramının aktivləşməsinə, Koreya yarımadasında hərbi təhdidlərin artmasına və Rusiya ilə əlaqələrin kəsilməsinə aparır. Onun sözlərinə görə, bu, "təmiz destruksiyadır".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp avqustun əvvəlində Rusiya iqtisadiyyatına qarşı bir sıra sektoral sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanunu imzalayıb. Qanunda ayrıca olaraq göstərilir ki, ABŞ "Şimal axını-2" layihəsinə qarşı müqavimətini davam etdirəcək.

Bundan başqa, çərşənbə günü Vaşinqton Venesuelaya qarşı sanksiyaları genişləndirib. Avqustun əvvəllərində isə ABŞ-ın təklifi ilə BMT TŞ KXDR-ə qarşı yeni qətnaməni yekdilliklə qəbul edib. Yeni qətnamə bu ölkə ilə əlaqələrdəki məhdudiyyətləri daha da sərtləşdirir. ABŞ həmçinin, İranın raket proqramı ilə əlaqədar bu ölkədən olan 18 təşkilat və fiziki şəxslərə qarşı sanksiyalar tətbiq edib. Tehran ABŞ-ın bu addımını pisləyib və buna cavab olaraq, Amerika şirkətləri və vətəndaşlarına qarşı məhdudiyyətlər tətbiq edəcəyini bildirib.


Müəllif: Nahid

Oxşar xəbərlər