16 Avqust 2017 15:11
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov İdlibdəki vəziyyəti müzakirə etmək üçün sabah Türkiyəyə gedəcək.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Çavuşoğlunun sözlərinə görə, Rusiya Türkiyənin YPG ilə bağlı mövqeyini ABŞ-dan daha yaxşı başa düşür.

Nazir deyib ki, İraq Kürd Regional Rəhbərliyinin referendum qərarı ilə bağlı geri addım atacağını gözləyirlər: “İraq bu qədər problemin içindəykən, müstəqillik barədə referendum ölkədəki vəziyyəti daha da pisləşdirə bilər. Allah qorusun, vətəndaş müharibəsi belə ola bilər”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər