18 Avqust 2017 12:48
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya hökumət qüvvələri İŞİD-in nəzarəti altında olan Həma vilayətinin Akerbat şəhərinin mühasirəsini başa çatdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Terrorçular mühasirəyə alınmış şəhərdən kiçik qruplarla avtomobillər, avtobuslar və zirehli texnika vasitəsilə Deyr-Əz-Zor şəhərinə doğru çıxmağa çalışırlar. Mosulun azad edilməsindən sonra həmin şəhər İŞİD üçün Suriyada pladsdarm rolunu yerinə yetirir”, - deyə nazirlik bildirib.

Qeyd olunub ki, Rusiya Hərbi Kosmik Qüvvələrinin aviasiyası yaraqlıların qaçışına imkan verməmək üçün pilotsuz uçuş aparatları vasitəsilə bütün sutka ərzində havada kəşfiyyat aparır.


Müəllif: Səxavət

Oxşar xəbərlər