Prezident Rəcəb Tayyib Ərdoğanın Almaniyada yaşayan türkləri Türkiyə düşməni olan partiyalara səs verməməyə çağırması Almaniya Sosial Demokrat Partiyasından (ASDP) cavab gəlib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ASDP-nin federal kansler postuna namizədi Martin Şults Tvitter səhifəsində yazıb:
"Ərdoğan ölçünü itirib. Azad və demokratik Türkiyə naminə savaşanlara daha çox dəstək verəcəyik".
Qeyd edək ki, gələn ay Almaniyada parlament seçkiləri keçiriləcək.