19 Avqust 2017 11:42
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Feysbuk sosial şəbəkəsinin qurucusu Mark Zükerberq ikinci qızının dünaya gəlişindən sonra məzuniyyətə çıxacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə o, özünün Feysbukdakı hesabında məlumat yerləşdirib
“Bizim qızımız tezliklə dünyaya gələcək və mən yenə də iki aylıq məzuniyyət götürməyi planlaşdırıram. Əminəm ki, qayıtdıqdan sonra ofisin yerində görəcəyəm”.

Zükerberqin sözlərinə görə, məzuniyyətinin ilk ayı qızının dünyaya gəlişindən dərhal sonraya təsadüf edəcək.
Məzuniyyətin ikinci ayını isə dekabrda götürəcək: “Biz Feysbukda valideynlər üçün 4 aylıq məzuniyyət nəzərdə tutmuşuq. Araşdırmaçıların fikrincə, işləyən valideynlər yeni doğulmuş övladlarına vaxt ayırsalar, bu, bütün ailə üçün yaxşı olar”.


Müəllif: Səxavət

Oxşar xəbərlər