24 Avqust 2017 19:10
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan Baş Prokurorluğu ölkənin birinci prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın əmlakına həbs qoyulması üçün Rusiya hökumətinə müraciət edib.

Teleqraf.com xəbər verir ki, Rusiya Baş Prokurorluğu sorğuya hələ cavab verməyib.

Qeyd edək ki, 2013-cü ildə Özbəkistanda Gülnarə Kərimovaya qarşı bir neçə maddə ilə cinayət işi açılıb. 2015-ci ildə məhkəmənin hökmü ilə 5 il azadlıqdan məhrum edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər