26 Avqust 2017 11:41
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp transgenderlərin orduda xidmət etməsinə qadağa qoyub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Mən müdafiə və daxili təhlükəszilik nazirliklərinə transgenderlərin orduda xidmət etməsi ilə bağlı 2016-cı il iyun ayından əvvəlki vəziyyətə qayıtmaqla bağlı təlimat verirəm”, deyə Donadl Tramp bildirib.

Qeyd edək ki, transgenderlərin orduda xidmət etməsinə Barak Obama tərəfindən 2016-cı ilin iyununda icazə verilmişdi. Ancaq onun reallaşması 2017-ci il iyulun 1-dək təxirə salınmışdı. ABŞ-ın müdafiə naziri Ceyms Mettis iyulun 1-də qadağanın müddətini daha 6 ay uzatmışdı.

Müxtəlif məlumatlara görə, hazırda ABŞ ordusunda 1,3 min nəfərdən 6 min nəfərədək transgender var.


Müəllif: Səxavət

Oxşar xəbərlər