27 Avqust 2017 13:45
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hizbullah və Suriya hökuməti arasında atəşkəs elan edilib.

Teleqraf.com xəbər verir ki, bu haqda “Röyter” Agentliyi xəbər yayıb. Agentlik Livan Hizbullahı ilə Suriya hökumətinin Livan yaxınlığındakı Kalemun bölgəsində İŞİD-lə atəşkəs elan etdiyini iddia edib.

Xəbərə görə, atəşkəs qərarı İŞİD-lə razılaşdırılıb. Qeyd edilir ki, razılaşmaya əsasən Suriya ordusuna təslim olan İŞİD üzvləri Deyr ez Zor bölgəsinə göndəriləcək. Razılığa əsasən İŞİD əsirliyində olan Livan əsgərləri də sərbəst buraxılacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər