ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus raket daşıyan “Con Makkeyn” esminesinin ticarət gəmisi ilə toqquşması nəticəsində itkin düşmüş 10 hərbçinin hamısının cəsədi tapılıb.
Teleqraf.com xəbər verir ki, ABŞ donanmasının yaydığı bəyanatda həlak olanların hamısının şəxsiyyətinin müəyyənləşdirildiyi bildirilib.
Qeyd edək ki, insident avqustun 21-də, sübh çağı Yaponiya sahillərində baş vermişdi. Esminesin Sinqapura gedən ticarət gəmisi ilə toqquşması nəticəsində 10 dənizçi itkin düşüb, daha 5-i yaralanmışdı.
Sinqapur hökuməti “Alnic MC” gəmisinin komanda heyətindən heç kimin ziyan çəkmədiyini açıqlamışdı.
ABŞ Prezidenti Donald Tramp insidenti “çox pis” adlandırmışdı.