Human Rayts Wotç beynəlxalq qeyri-hökumət təşkilatının nümayəndə heyəti 7 illik fasilədən sonra Özbəkistana səfərə gəlib.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə şənbə günü Özbəkistan xarici siyasət idarəsinin mətbuat xidmətindən məlumat verilib.
2010-cu ildən sonra ilk dəfə Özbəkistana gəldi.
"Səfər proqramında Özbəkistan parlamenti, Ali Məhkəmə, Baş Prokurorluq, Xarici İşlər, Daxili İşlər, Ədliyyə, Məşğulluq və Əmək münasibətləri nazirliklərində görüşlər, eləcə də ictimai təşkilatlarla müzakirələr və ölkənin regionlarına səfər etmək planlaşdırılır" - Özbəkistan XİN-in məlumatında deyilir.
Qeyd edək ki, Özbəkistanın əvvəlki rəhbərliyi 2010-cu ildə respublika ərazisində fəaliyyət göstərən Human Rayts Wotçun nizamnaməsində nəzərdə tutulan səlahiyyətlərindən kənara çıxdığını bəyan etmişdi. Bu səbədən Human Rayts Wotçla əməkdaşlıq dondurulmuş, qurumun Özbəkistandakı ofisi bağlanmışdı.