3 Sentyabr 2017 18:46
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ildə Fransada ailədaxili zorakılıq səbəbindən 109 qadın öldürülüb.

Teleqraf.com xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyi tərəfindən açıqlanan hesabatda qeyd edilir ki, ötən il 138 xanım həyat yoldaşı və ya qeyri-rəsmi yaşadığı şəxsin hücumuna məruz qalıb. Bu zaman ölənlərdən 109 nəfəri qadın, 29 nəfəri kişi, 9 nəfəri isə uşaq olub.

Ailə daxilişiddət ötən il Fransada baş verən cinayətlərin 15,49 faizini təşkil edib.

Qeyd edək ki, 2015-ci ildə Fransada ailədaxili zorakılıq səbəbindən 115 nəfər həyatını itirib.


Müəllif: Cavad

Oxşar xəbərlər