Amerika prezidenti Donald Tramp Yaponiya baş naziri Abe ilə telefon müzakirəsi aparıb.
Teleqraf.com xəbər verir ki, müzakirə zamanı hər iki lider Şimali Koreya tərəfindən artan təhdid barədə danışıb.
Sözügedən müzakirələr haqqında Ağ-Ev yazılı açıqlama ilə çıxış edib. Açıqlamada qeyd edilir ki, ABŞ və Yaponiya lideri Şimali Koreya tərəfindən artan təzyiqin qarşısını birgə almaq barədə razılığa gəlib.
Xatırladaq ki, Tramp 3 ölkənin BMT kriteriyalarına uyğun olaraq əlaqələrinə xüsusi diqqət yetirilməsini vacib hesab etmişdi. Söhbət ABŞ, Yaponiya və Cənubi Koreya arasında sıx əlaqələrin yaradılmasından gedir.