5 Sentyabr 2017 11:51
1 935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin son günlər Myanmada törədilən qətliama münasibət bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Rusiyanın bütün zorakılıqlara qarşı olduğunu deyib:

“Myanmadakı vəziyyəti nəzarət altına almağa çağırırıq”.

Putin Çeçenistan rəhbəri Ramzan Kadırovun səsləndirdiyi fikrə də münasibət bildirib:
“Çeçen rəhbərliyi ilə heç bir şəxsi-qərəzliyimiz yoxdur. Xahiş edirəm ki, hər kəs sakit olsun”.

Qeyd edək ki, avqustun 25-dən Myanma hökuməti tərəfindən müsəlmanlara qarşı törədilən qətliamlar nəticəsində azı min nəfər həlak olub.

Kadırov verdiyi açıqlamada deyib ki, Moskva rəhbərliyi Myanma hökumətini dəstəkləsə, o Rusiyanın yanında olmayacaq.


Müəllif: Samir

Oxşar xəbərlər