ABŞ-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçiləri ilə bağlı daha bir qərar verilib.
Teleqraf.com xəbər verir ki, ABŞ Senatının Təhsisat Komissiyası Prezident Donald Trampın Türkiyə prezidentinin mühafizə xidmətinə silah satışını qadağan edən qərarını təsdiqləyib.
Xatırladaq ki, bu ilin mayında Prezident Ərdoğan Vaşinqtondakı Türkiyə səfirliyində olarkən, PKK və erməniəsilli şəxslər oarada etiraz aksiyası keçirib. Digər tərəfdə isə Türkiyəni müdafiə edən türklər şüarlar səsləndirib. Bu zaman Türkiyənin əleydarları ilə tərəfdarları arasında mübahisə düşüb. Ərdoğanın mühafizəçiləri də baş verən olaya müdaxilə edərək PKK və erməniəsilli şəxsləri səfirliyin önünə gəlməsini əngəlləyib. Hadisə zamanı xəsarət alanlar olub. Ərdoğanın ABŞ səfəri başa çatdıqqdan sonra hadisə ilə bağlı ABŞ-da cinayət işi açılıb, hazırda araşdırma gedir. Türkiyə prezidentinin mühafizəçilərinin ABŞ-a daxil olacağı təqdirdə həbs ediləcəyi gözlənilir.