İsrailin Baş naziri Binyamin Netanyahunun həyat yoldaşı Sara məsuliyyətə cəlb oluna bilər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İsrail Baş prokuroru Avixay Mandelblit məlumat verib.
Onun sözlərinə görə, xanım Netanyahuya qarşı büdcə vəsaitlərinin qanunsuz istifadəsi ittihamı irəli sürüləcək:
“Bununla bağlı Sara Netanyahu məlumatlandırılıb. Qərar aparılan istintaq prosesinin nəticəsindən sonra məlum olacaq. Söhbət büdcədən qanunsuz istifadə olunan 100 min dollardan gedir”.