İraq təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilən İŞİD terror təşkilatına məxsus düşərgədən ilk görüntülər yayımlanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bura İŞİD-çilərin həyat yoldaşlarının saxlanıldığı düşərgədir. Başqa sözlə desək, yerli sakinlər buranı İŞİD-in “gəlinlər düşərgəsi” adlandırır.
Burada saxlanılan 1400 qadın arasında Türkiyə, Tacikistan, Azərbaycan və Rusiya vətəndaşları üstünlük təşkil edir.
Görüntülərdə qadınların bəziləri burada olmalarını belə izah edir:
“Çoxumuz bura həyat yoldaşlarımızla gəlmişik. Bizim döyüşmək niyyətimiz yoxdur, bura yaşamaq üçün gəldik”.
Digər qadın isə bura yanlışlıqla düşdüyünü və evə qayıtmaq istədiyini deyib.
Həmin görüntüləri təqdim edirik: