20 Sentyabr 2017 14:04
1 833
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda 7 yaşlı parsabadlı Atena Aslaninin qatili İsmayıl Cəfərzadə bu gün yerli vaxtla 6:20-də edam edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məhkəmə hökmü Parsabadın Bakiri meydanında əhalinin gözü qarşısında icra olunub.

Azyaşlını acınacaqlı şəkildə qətlə yetirən cinayətkarın məhkəmə iclası avqustun 26-da qapalı keçirilib.

Xatırladaq ki, iyunun 18-də Atena Aslani adlı 7 yaşlı qız itkin düşüb, onun cəsədi iyulun 10-da polis tərəfindən saxlanılan İsmayıl adlı şübhəli şəxsin avtomobilini park etdiyi yerdə bir plastik çəlləyin içində tapılıb.

Meyitin üzərində zorlanma əlamətləri aşkar olunub, azyaşlının qızılları da qatil tərəfindən oğurlanıb.

42 yaşlı qatil günahını etiraf etdikdən sonra edam cəzasına məhkum olunub.


Müəllif: Samir

Oxşar xəbərlər