22 Sentyabr 2017 14:43
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniya Prezidenti Klaus Yohannis Ukraynaya planlaşdırılan səfərini təxirə salıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb sentyabrın əvvəlində Ukrayna Ali Radasının qəbul etdiyi təhsil qanunudur.

Həmin qanuna əsasən, Ukraynada yaşayan azsaylı xalqlar öz dilləri ilə yanaşı məktəblərdə Ukrayna dilini də öyrənməlidirlər.

Yohannisin sözlərinə görə, bu qanun Ukrayna konstitusiyası və beynəlxalq qanunlara ziddir: “Qərarımı ukraynalı həmkarım Petro Poroşenkoya çatdırmışam”.

Qeyd edək ki, Poroşenko qərarın Ukraynadakı azsaylı xalqların məktəblərdə öz dillərində təhsil almasını qadağan etmədiyini deyib.


Müəllif: Samir

Oxşar xəbərlər