Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili növbəti dəfə mitinq çağırışı edib.
Teleqraf.com xəbər verir ki, Saakaşvili bununla bağlı Feysbuk hesabında məlumat yerləşdirib: “Əziz odessalılar! Bu gün saat 16:00-da Dyuka vağzalının qarşısında görüşəcəyik. İslahatlar və düzgün siyasət uğrunda mitinqə gəlin”.